Skicka länk till app

Cagir.az Pro


4.8 ( 2608 ratings )
Näringsliv
Utvecklare: Turgut Zeynalov
Gratis

Cagir.az mobil tətbiqi vasitəsilə icraçılar istənilən ünvanda asanlıqla sifarişi qəbul edə bilərlər.

Sifariş qəbulu necə baş verir? 

İcraçılar tətbiqdə qeydiyyatdan keçdikdən sonra bütün sifarişləri görə bilərlər.Sifarişin qəbulu yalnız cagir.az tərəfdən icraçı qeydiyyatı təsdiqləndikdən sonra baş tutur. Sifarişlə əlaqəli bildirişləri görmək üçün tətbiqdəki "Aktiv status" hissəsini hər zaman aktiv saxlamaq lazımdır.

Sifariş bildirişi alan hər hansı icraçı ilk tətbiqə daxil olaraq sifarişi təsdiqləyərsə, gələn sifariş birbaşa həmin icraçıya yönləndirilir.

Hər bir icraçıya ilk olaraq şirkət tərəfindən 20 AZN dəyərində balans verilir. İcraçı sifarişi yerinə yetirdikdən sonra onun uyğun payına düşən hissə həmin 20 AZN-dən çıxılır. Hər sifariş qəbul edildikdə balansdan 1 AZN silinir. Balans mənfi 5 AZN-ə düşdükdə bu icraçının limiti keçdiyini göstərir və həmin icraçı üçün sifariş qəbulu dayanır. Bunun üçün icraçı balansını artırmalıdır ki, sifarişləri qəbul edə bilsin.

Ödəniş detalları:

1. Əgər nağd ödəniş olunarsa icraçı balansından şirkət payına düşən məbləğ silinir və xidmət haqqı icraçıda qalır.

2. Şirkətin hesabına ödənildikdə isə icraçıya düşən məbləğ şirkət tərəfindən icraçıya göndərilir.

Əgər, sifariş qəbul edildikdən sonra ləğv olunarsa, icraçı sifarişlə bağlı bütün detalları tətbiqdə mütləq qeyd etməlidir.

Hər bir icraçıdan xahiş edirik ki, müştərinin xidmətlə bağlı istənilən qeydini növbəti sifarişdə nəzərə alsınlar.

Bütün icraçılarımıza uğurlu sifarişlər arzu edirik!